Şirkət haqqında

Müasir dövrdə istənilən şirkətin biznes bazarında rəqabətə davam gətirməsinin əsasını kommersiya əlaqələrinin əhatə dairəsinin genişləndirilməsi təşkil edir. Buna nail olmaq üçün işgüzar tərəfdaşlarla etibarlı və professional əməkdaşlıq əlaqələri qurmaq vacib şərtlərdən biridir. Bu reallığı nəzərə alaraq hüquqi və fiziki şəxslərin müraciətləri əsasında müxtəlif sənədlər üzrə tərcümə xidmətləri təqdim edirik.
2003-cü ilin fevral ayından fəaliyyətə başlayan Avrasiya Tərcümə Mərkəzi yazılı və şifahi tərcümə xidmətlərini göstərərək müştərinin bütün müasir tələb və istəklərinə cavab verir. Fəaliyyətə başladığımız ilk gündən bəri əsas məqsədimiz müştərilərimizin tələbatlarını qarşılamaq və onları məmnun etməkdir.

Peşəkar və operativ komandamız hər zaman rəqabətli qiymətlərlə sürətli və dəqiq tərcümələrə ehtiyacı olan tərəfdaşlar üçün peşəkar həllər təqdim etməyə hazırdır.
Bəs üstünlüklərimiz nələrdir?

  • Razı qalacağınız ən münasib qiymətlər bizdədir;
  • Tərcümə üçün zaman məhdudiyyəti bizim üçün problem deyil, çünki operativ işləyən komandamız var;
  • Tərcümənin keyfiyyəti bizim üçün prioritetdir;
  • Müxtəlif sahələr üzrə peşəkarlaşmış tərcüməçilərimiz sayəsində tərcümənin dəqiqliyindən və keyfiyyətindən tam əmin ola bilərsiniz;
  • Sifarişçilərimizlə daim xoş münasibətin qorunub saxlanılmasına çalışırıq;
  • Tərcüməyə verilmiş sənədlərin konfidensiallığına zəmanət veririk.
Yalnız iri korporativ müştərilərin istəklərini nəzərə alan bir çox digər tərcümə mərkəzlərindən fərqli olaraq, biz fərdi müştərilərimizin əldə etdiyimiz uğurlardakı rolunu yüksək qiymətləndiririk.
MƏQSƏDİMİZ - Müştərilərimizin tələbatlarının maksimum ödənilməsi və sifarişlərin yüksək və peşəkar səviyyədə yerinə yetirilməsidir!

Müştərilər

Zəng sifariş et

Mesajınız qəbul olundu!
Ən qısa zamanda müvafiq şöbə tərəfindən sizinlə əlaqə saxlanılacaq.

Təşəkkür edirik!
WhatsApp-a yazın