Tərcümə Məktəbi


Şirkətimizin 2018-ci ildə layihə olaraq başlatdığı “TRANSLATION SCHOOL” (“TƏRCÜMƏÇİ MƏKTƏBİ”) təlim proqramı 2021-ci ildən etibarən yenidən bərpa edildi və həmin ildən etibarən hər ay davamlı olaraq təşkil edilir.
Təlimlərimizdə iştirak üçün dil bariyeri yoxdur. Tərcüməçilik ixtisasınıza uyğun dil üzrə müraciət edə və təlimlərimizdə iştirak edə bilərsiniz. Təlimlər zamanı sizə hər hansı xarici dil deyil sistemli iş prinsipi, tərcümə qaydaları, səhvlər üzərində iş, lüğətlərdən və əlavə mənbələrdən düzgün istifadə yolları və s. öyrədilir.
Fəaliyyətimiz ərzində qazandığımız təcrübənin nümunəli izahları, bütün müasir tərcüməçilik fəaliyyəti haqqında bilmək istədikləriniz, yalnız tərcümə ilə bağlı deyil, həmçinin kollektivdə işləmək, əməkdaşlar ilə paylaşma, məsləhətləşmə qaydaları ilə bağlı da ətraflı müzakirələr aparılır. Təlimlərdə özünü fəal göstərən və yekun tərcümə işini uğurla həyata keçirən tərcüməçi şirkətimizdə işlə təmin olunmaq şansı əldə edəcək. Yekunda hər bir tərcüməçi “Avrasiya” Tərcümə Mərkəzində təcrübə keçdiyinə dair sertifikatla təltif ediləcək və tövsiyyə məktubu əldə edəcəkdir. 
Təlimlərdə iştirak etmək üçün CV formasını “Tərcüməçi Məktəbi” və ya “Translation School” başlığı altında [email protected] mail ünvanına göndərə bilərsiniz.

Bizimlə nə qazanırsınız?

Təlimlərin uğurunun səbəbi sadədir. Hazırda biz dilçilik və tərcümə ixtisası üzrə təhsilini tamamlamış tələbələrə real iş mühitinə uyğunlaşmağa dəstək olan müəssisələrdən biriyik. Tərcümə bazarında peşəkar tərcüməçi çatışmazlığını nəzərə alaraq təlim iştirakçılarına göstərilən istiqamətlər üzrə biliklərini inkişaf etdirməyə şərait yaradırıq:
Real iş mühiti ilə tanışlıq;
Tərcüməni təyin edilmiş deadline əsasında həyata keçirmək;
Tərcüməçi karyerasına başlamaq və ya karyerasını davam etdirmək istəyən şəxsləri düzgün istiqamətləndirməklə yanaşı, iş potensialının olduğunu müəyyənləşdirmək.

Mesajınız qəbul olundu!
Ən qısa zamanda müvafiq şöbə tərəfindən sizinlə əlaqə saxlanılacaq.

Təşəkkür edirik!

Müştərilər

Zəng sifariş et

Mesajınız qəbul olundu!
Ən qısa zamanda müvafiq şöbə tərəfindən sizinlə əlaqə saxlanılacaq.

Təşəkkür edirik!
WhatsApp-a yazın