
Tərcümə edilmiş nüsxələrin sayına görə “İncil”in dünyada ən çox tərcümə olunan kitab olduğu hamıya məlumdur. Bəs ən çox tərcümə edilən sənəd haqqında məlumatınız varmı? "Ginnesin Rekordlar Kitabı" 1948-ci ildə “Birləşmiş Millətlər Təşkilatının Ümumdünya İnsan Hüquqları Bəyannaməsi”ni dünyada ən çox tərcümə edilmiş sənəd kimi tanıyıb. 6 səhifəlik bu sənəd 2009-cu ilə kimi 370 dil və ləhcəyə tərcümə edilib.