Tanınmış jurnalist, diplomat, tərcüməçi Ənvər Məmmədov yaşadığı mənalı ömrün 100-cü
payızında dünyasını dəyişdi.
O, sözün əsl mənasında zəngin və maraqlı bir həyat yolu keçmişdir. Ənvər Məmmədov Sovet İttifaqında önəmli vəzifələrdə çalışaraq və tarixi əhəmiyyətli hadisələrdə iştirak edərək silinməz izlər qoymuşdur. Nürnberq məhkəmələrində tərcüməçi vəzifəsində çalışması, xüsusən də Böyük Vətən müharibəsi zamanı kəşfiyyatdakı xidmətləri sayəsində o, çoxsaylı təltif və medallarla mükafatlandırılmışdır. Onun dil bacarıqları, xüsusən də ingilis, alman, fransız və italyan dillərini bilməsi xarici siyasət və jurnalistikada uğurlu karyera qurmasına kömək edib.
Ənvər Məmmədov ölkəmizdə tərcüməçilik sahəsinə qiymətli töhfələrini vermiş nadir azərbaycanlılardandır. Onun bu sahədə qazandığı uğurlar müasir dövrün tərcüməçi kimi yetişmək istəyən gənclərinə qiymətsiz stimuldur.