Artıq yeni ilin ilk ayını geridə qoyduq. Adətən yanvar ayında tərcüməçilərin iş yükündə müəyyən qədər azalma müşahidə edilir. Buna səbəb uzun “Yeni il tətili” və insanların tətildən sonrakı həyata çətin uyğunlaşmasıdır. Buna baxmayaraq, tərcümə mərkəzləri və tərcüməçilər üçün gündəlik iş rutini öz axarında davam edir (sənəd tərcümələri, sifarişlərin qəbulu, təhvil verilməsi və s.).
İşlərin müəyyən qədər azaldığı zamanlarda adətən tərcümə sahəsində araşdırmalar etməyə çalışırıq. Apardığımız araşdırmalara əsasən belə qənaətə gəldik ki, gürcü, alman kimi əvvəllər daha aktual olan dillərə son zamanlar tərcümədə tələbat azalıb. Hal-hazırda üstünlük ingilis və rus dillərinədir. Bundan başqa məlum hadisələrdən sonra erməni dilinə tələbat nəzərə çarpacaq dərəcədə artmışdır. Bu da həmin dil üzrə daha çox ixtisaslı kadrların yetişməsi məsələsini gündəmə gətirmiş və universitetlərdə bu dilin tədrisi daha da genişləndirilmişdir.