Növbəti 65 nəfər 4-cü kurs tələbəsi istehsalat təcrübəsini uğurla başa vurdu


2023-2024-cü tədris iliylə bağlı əməkdaşlıq etdiyimiz universitetlərdən ümumi olaraq 50-dən çox tələbə fevral ayında Tərcümə Məktəbində mühüm təlim və inkişaf prosesindən keçdi. Onlar tərcümənin dərinliklərini öyrənmək və tərcüməçinin gündəlik iş həyatı ilə yaxından tanış olmaq imkanı əldə etdilər.
Təlim prosesində tələbələrə tərcümənin incəlikləri aşılandı. İştirakçılar müxtəlif  mövzularda təqdimatlar hazırlayaraq təkcə dil bacarıqlarını təkmilləşdirməklə kifayətlənmədilər. Onlar eyni zamanda bədən dilini və nitqlərini gücləndirmək üçün onlara verilən təqdimat tapşırıqlarını uğurla təqdim etdilər. Bu proses zamanı onlar müxtəlif mövzular üzərində işləyərək ünsiyyət bacarıqlarını da gücləndirməyə nail oldular.
Təcrübəçilərimiz sosial media paylaşımları üçün müxtəlif video və fotoçəkilişlərdə iştirak edərək səhifəmizin baxımlı olması üçün dəyərli töhfələr veriblər. 
Onlar burada təkcə təcrübə keçməklə məhdudlaşmadılar. Biz onlar üçün müxtəlif tədbirlər təşkil etdik. Piknik və seminar kimi fəaliyyətlərlə tələbələr həm əyləndilər, həm də nəzəri formada öyrəndiklərini möhkəmləndirdilər. Bu cür fəaliyyətlər tələbə icmamızın bağlarının güclənməsinə səbəb olur.
Fevral ayından etibarən baş tutan proses həm tələbələrin, həm də universitetdən gələn qonaqların marağına səbəb oldu. Tərcümə Məktəbimiz gələcəyin peşəkar tərcüməçilərinin yetişdirilməsi istiqamətində möhkəm və uğurlu addımlar atmağa davam edir.

Müştərilər

Zəng sifariş et

Mesajınız qəbul olundu!
Ən qısa zamanda müvafiq şöbə tərəfindən sizinlə əlaqə saxlanılacaq.

Təşəkkür edirik!
WhatsApp-a yazın