22 Sentyabr 2024-cü il tarixində Azərbaycan Gənc Tərcüməçilər Assosiasiyası tərəfindən təşkil olunmuş Tərcümə forumunda Avrasiya tərcümə mərkəzi də təmsil olunmuşdur. Forumda çıxış edən tərcüməçilər, müxtəlif sahələrdən olan mütəxəssislər və bir sıra tərcümə mərkəzlərinin rəhbərləri tərcümə sahəsi və bu sahənin gələcəyi ilə bağlı bir çox məsələlərə toxunmuşdur. Mərkəzimizin direktoru Nərminə Hüseynova da tədbirdə çıxış etmiş, bu sahədəki kadr hazırlığı, rast gəlinən problemlər və gələcək fürsətlər barədə məlumat vermişdir.