
Bu gün Avrasiya Tərcümə mərkəzinin rəhbəri Nərmin Hüseynova Bakı Slavyan Universitetinin tələbələri ilə keçirilən görüşdə iştirak etdi. Görüş sual-cavab formatında təşkil olunmuş və universiteti bitirdikdən sonra tələbələri gözləyən perspektivlər mövzusuna həsr olunmuşdu.
Təcrübəmizi tələbələrlə bölüşdük, tərcümə və lokalizasiya sahəsində tələbat olan istiqamətlər, eləcə də əmək bazarındakı aktual tələblər haqqında məlumat verdik. Görüş zamanı aşağıdakı mövzularda geniş müzakirələr aparıldı:
- Şirkətimizdə təcrübə və staj imkanları;
- Təhsilin gedişində inkişaf etdirilməli əsas bacarıqlar;
- Özəl və beynəlxalq təşkilatlarda tərcüməçilərin karyera imkanları;
- Tərcümə fəaliyyətində texnologiyaların və xüsusi proqramların rolu.
Bakı Slavyan Universitetinin rəhbərliyinə dəvət və qonaqpərvərlik üçün təşəkkür edirik. Gələcəkdə əməkdaşlığımızın davamlı olacağına ümid edirik!