BİR SƏHİFƏLİK TƏRCÜMƏNİN ARXASINDA NƏ QƏDƏR ƏMƏK DAYANIR?

Əksər insanlar üçün tərcümə sadəcə bir mətni bir dildən digərinə çevirməkdən ibarətdir. Lakin görünən nəticənin arxasında çoxlarının təsəvvür etmədiyi böyük bir proses və bütöv bir istehsalat prosesi dayanır. Çoxları düşünür ki, keyfiyyətli tərcümə üçün ya peşəkar tərcüməçi, ya da süni intellekt kifayətdir. Əslində isə hər iki yanaşmanın öz məhdudiyyətləri var. Tərcüməçi nə qədər peşəkar olsa da unutmayaq ki, o insandır. İnsan amili səbəbindən diqqətdən yayınan məqamlar, terminoloji uyğunsuzluqlar və ya texniki səhvlər yarana bilər. Süni intellekt isə məlumatları saniyələr ərzində emal edə bilir, lakin mətnin kontekstini, hüquqi incəlikləri, mədəni fərqləri və ya sahəyə xas terminologiyanı hər zaman düzgün qiymətləndirə bilmir.

Məhz buna görə peşəkar tərcümə tək bir şəxsin və ya proqramın işi deyil. Keyfiyyətli nəticə əldə etmək üçün bir neçə mərhələdən ibarət proses həyata keçirilir: mətnin təhlili, terminoloji araşdırma, tərcümə, redaktə, korrektə və yekun keyfiyyət yoxlaması.

Məsələn, hüquqi sənədlərin tərcüməsində terminlərin dəqiqliyi xüsusi əhəmiyyət daşıyır. Tibbi sənədlərdə isə ən kiçik uyğunsuzluq belə ciddi mənfi nəticələrə səbəb ola bilər. Texniki mətnlərdə hər bir termin və təlimat dəqiq şəkildə yoxlanılmalıdır.
Buna görə də tərcümə sahəsində etibarlılıq yalnız dil bilikləri ilə ölçülmür. Burada komanda işi, çoxsəviyyəli nəzarət, sahə üzrə mütəxəssislərin iştirakı və keyfiyyətə sistemli yanaşma həlledici rol oynayır. Bu gün tərcümə istehasalat prosesi yalnız mətn çevirməkdən ibarət deyil. O, tərcüməçiləri, redaktorları, korrektorları, layihə menecerlərini və texnoloji alətləri bir araya gətirən kompleks bir ekosistemdir.

 Məhz buna görə vacib sənədlər, biznes layihələri və beynəlxalq kommunikasiya zamanı tərcüməni yalnız bir alətə və ya bir şəxsə həvalə etmək kifayət deyil. Etibarlı nəticə üçün peşəkar prosesə, çoxpilləli yoxlamaya və bu sahədə fəaliyyət göstərən peşəkar komandaya güvənmək vacibdir. Çünki tərcümə sadəcə sözlərin çevrilməsi deyil. Tərcümə dəqiqlik, məsuliyyət və görünməyən böyük əməyin nəticəsidir.

Müştərilər

Zəng sifariş et

Mesajınız qəbul olundu!
Ən qısa zamanda müvafiq şöbə tərəfindən sizinlə əlaqə saxlanılacaq.

Təşəkkür edirik!
WhatsApp-a yazın