Britaniyalı qadın pişik dili “Tərcüməçisi” olmaq üçün öz işindən istefa verib


Britaniya sakini Culi Enn Torn pişik davranışı üzrə mütəxəssis olmaq üçün dövlət qulluğundan istefa verib. Onun pişiklərlə emosional əlaqə qurmaq kimi xüsusi bir bacarığı var.

Mətbuata verdiyi müsahibəsində Torn bildirib ki, o, pişikləri çox yaxşı anlayır və heyvan sahiblərinə onların daha rahat hiss etmələrini təmin etmək üçün məsləhətlər verə bilər. Pişiklərlə arasında olan emosional və güclü əlaqəni sözlərlə izah edə bilmədiyini də qeyd edib.  O təkcə pişiklərin davranışlarını deyil, eyni zamanda emosiyalarını da başa düşür.
Torn dərk etdi ki, 2012-ci ildə zooporka ziyarətindən sonra pişiklərlə arasında güclü əlaqə yarandı. O, dişi hepard görmüşdü. Heyvan qəfildən qəm-qüssəyə düçar olmuş və ağlamağa başlamışdı. Məlum oldu ki, hepard qısa müddət əvvəl öz dostunu itirmiş və onun ölümündən kədərlənmişdi. Hal-hazırda Torn pişiklərin emosiyalarını hiss etməklə və davranışlarını müşahidə etməklə lazımi məsləhətlər verir. Bundan sonra o, heyvanlarını  daha yaxşı başa düşməsi üçün müşahidə etdiklərini heyvan sahibləri ilə bölüşür.

Müştərilər

Zəng sifariş et

Mesajınız qəbul olundu!
Ən qısa zamanda müvafiq şöbə tərəfindən sizinlə əlaqə saxlanılacaq.

Təşəkkür edirik!
WhatsApp-a yazın