Qısa məzmun
Bacarıqlı kadr yetişdirmək və onların karyera qurmalarına kömək göstərmək mərkəzimizin prioritetlərindən biridir.Əgər siz də öz bacarığınızdan əminsinizsə kollektivimizin üzvü olmaq üçün bizə müraciət edə bilərsiniz.
Elanın təsviri
- Elan tarixi: 19.09.2022
- Son tarix:
- Ərazi: Bakı
- Maaş: 300-400 ₼
- İş təcrübəsi: İş təcrübəsi tələb olunmur
- Yaş 21-25
- Təhsil: Ali (filologiya, tərcüməçilik, dilçilik sahələri üzrə məzun olanlara üstünlük verilir)
- İş rejimi: Həftə içi 09:00 - 19:00 (bazar günü istirahət günü)
- Müqavilə: Var
- E-mail: [email protected]
- Tel.:
- Əlaqə: 0552123332; 0552124448
İş barədə məlumat:
Şirkətə gələn zənglərin qəbul edilməsi və yönləndirilməsi;
Gələn məktubların qəbul edilməsi və yönləndirilməsi;
Tərcüməçilərin iş qrafikini planlaşdırmaq və sifarişləri düzgün şəkildə bölüşdürmək;
Daxil olan və çıxan sənədlərin qəbulu, qeydiyyatı və lazımi yerə çatdırıması (poçtla, kuryerlə);
Gələn qonaqların qarşılanması;
Direktorun birbaşa tapşırıqlarının yerinə yetirilməsi;
Ofislərin cari təsərrüfat fəaliyyəti ilə bağlı lazımi işlərin görülməsi;
Namizədə tələblər:
Mehriban, xoşgörünüşlü və ünsiyyətcil
Stressədavamlılıq
Yeni bilik və bacarıqları özündə inkişaf etdirmək həvəsi
Komandanın bir üzvü olmaq üçün, yeni iş mühitinə və kollektivə tez uyğunlaşmaq
Məlumatlandırıcı qeydlər
Zəhmət olmasa CV formanızı göndərmədən öncə iş elanı ilə ətraflı tanış olun;
CV formanızın Word və yaxud PDF formatında hazırlanması məqsədə uyğundur;
CV formasında əsas məlumatları lokanik və aydın qeyd edin;
Unutmayın ki, namizədliyinizin baxılmasında, CV formanız mühüm rol oynayır. Busəbəbdən xahiş edirik nəzərə alasınız ki, CV forması Sizin ilkin təqdimatınızı edən bir müraciət vasitəsidir;
İlkin mərhələ üçün CV formasından əlavə digər sənədlərinizin sürətinin göndərilməsinə ehtiyac yoxdur.;
Məktubun mövzu bölməsində, vakansiyanın adını mütləq qeyd edin;
CV forması göndərmədən öncə vakansiya üçün vacib dəyərləndiriləcək şəxsi keyfiyyətlərlə tanış olun və müsahibə zamanı bu keyfiyyətləri nümayiş etdirə biləcəyinizə əmin olun;
İşə qəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaq;