Menecer

Qısa məzmun

Komandamıza qoşulmağın üstünlüyü bilirsinizmi nədədir? Karyera inkişafı üçün sərhədlər tanımırıq! Biz əməkdaşlarımızın daim peşəkar inkişafı və uğurları üçün çalışırıq. Bizimlə birgə fəaliyyət göstərmək sizə geniş təcrübə qazanmaq, bilik və bacarıqlarınızı nümayiş etdirmək imkanı verir.

Elanın təsviri

  • Elan tarixi: 17.10.2022
  • Son tarix:
  • Ərazi: Bakı
  • Maaş: 300-400 ₼
  • İş təcrübəsi: Tələb olunmur
  • Yaş 21-25
  • Təhsil: Ali (filologiya, tərcüməçilik, dilçilik sahələri üzrə məzun olanlara üstünlük verilir)
  • İş rejimi: 09:00 - 19:00 (bazar günü istirahət günü)
  • Müqavilə: Var
  • E-mail: [email protected]
  • Tel.:
  • Əlaqə: 0552123332; 0552124448

İş barədə məlumat:

  • Müştərilərilərin qarşılanması və sənədlərin qəbulu;
  • Daxil olan sənədlərin qəbulu, qeydiyyatı və lazımi yerə çatdırılması (poçtla, kuryerlə, elektron poçtla);
  • Daxil olan zənglərin qəbul edilməsi və yönləndirilməsi;
  • Müştərilərlə müqavilələrin bağlanması və gələn sifarişlərin tərcüməçilərə yönləndirilməsi;
  • Rəhbərliyin telefon danışıqlarının təşkil edilməsi, mail göndərmək və rəhbərlik olmadığı vaxtda daxil olan məlumatları qeyd etmək və düzgün şəkildə rəhbərliyə çatdırmaq;
  • Problemləri sürətli həll etmək bacarığı;
  • Tərcüməçilərin iş qrafikini planlaşdırmaq və sifarişləri düzgün şəkildə bölüşdürmək, bu barədə rəhbərliyi daim məlumatlandırmaq;
  • Şirkətlərlə korporativ yazışma etikası əsasında yazışmalar aparmaq;
  • Beynəlxalq yazışmalar aparmaq;
  • Direktorun birbaşa tapşırıqlarının yerinə yetirilməsi;
  • Ofislərin cari təsərrüfat fəaliyyəti ilə bağlı lazımi işlərin görülməsi.

Namizədə tələblər:

  • Yalnız xanım namizədlər
  • Yaş: 21-25
  • Təhsil: Ali (filologiya, tərcüməçilik, dilçilik sahələri üzrə məzun olanlara üstünlük veriləcəkdir);
  • İş təcrübəsi tələb olunmur (danışıq qabiliyyəti yüksək namizədlərə üstünlük veriləcəkdir);
  • Dil bilikləri: Azərbaycan, Rus və İngilis dil bilikləri mütləqdir;
  • Düzgün qrammatik şifahi və yazılı bacarıq mütləqdir;
  • Rahat şəkildə MC Office proqramlarında işləmək bacarığı (Word, Excel mütləqdir);
  • Eyni anda bir neçə işi görmək bacarığı.

Məlumatlandırıcı qeydlər

  • Zəhmət olmasa CV formanızı göndərmədən öncə iş elanı ilə ətraflı tanış olun;
  • CV formanızın Word və yaxud PDF formatında hazırlanması məqsədəuyğundur;
  • CV formasında əsas məlumatları lakonik və aydın qeyd edin;
  • Unutmayın ki, namizədliyinizin baxılmasında, CV formanız mühüm rol oynayır. Bu səbəbdən xahiş edirik nəzərə alasınız ki, CV forması Sizin ilkin təqdimatınızı edən bir müraciət vasitəsidir;
  • İlkin mərhələ üçün CV formasından əlavə digər sənədlərinizin sürətinin göndərilməsinə ehtiyac yoxdur;
  • Məktubun mövzu bölməsində, vakansiyanın adını mütləq qeyd edin;
  • CV forması göndərmədən öncə vakansiya üçün vacib dəyərləndiriləcək şəxsi keyfiyyətlərlə tanış olun və müsahibə zamanı bu keyfiyyətləri nümayiş etdirə biləcəyinizə əmin olun;
  • İşə qəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaq;
Vakansiya ilə maraqlanan namizədlərdən CV-lərini (şəkilsiz CV-lərə baxılmayacaq) [email protected] -mail ünvanına göndərmələri və e-mailin mövzu hissəsində mütləq “{title}” qeyd etmələri xahiş olunur.

Müştərilər

Zəng sifariş et

Mesajınız qəbul olundu!
Ən qısa zamanda müvafiq şöbə tərəfindən sizinlə əlaqə saxlanılacaq.

Təşəkkür edirik!
WhatsApp-a yazın