
Şirkətimizin 2018-ci ildə layihə olaraq başlatdığı “TRANSLATİON SCHOOL” (“TƏRCÜMƏÇİ MƏKTƏBİ”) təlim proqramı 2021-ci ildən etibarən yenidən bərpa edildi və həmin ildən etibarən hər ay davamlı olaraq təşkil edilir. 2021 - 2022-ci il ərzində keçirilən təlimi uğurla və nailiyyətlə başa vuran 6 tələbəmiz məzun oldu və “Avrasiya” Tərcümə Mərkəzi tərəfindən sertifikatla təltif edildi. Hal-hazıra həmin məzunlardan 2-si ofisimizdə tərcüməçi olaraq fəaliyyət göstərir. Təlimlərdə iştirak etmək üçün [email protected] mail ünvanına CV əlavə edib, “Tərcüməçi Məktəbi” və ya “Translation School” başlıqlarını qeyd edərək müraciət edə biləriniz.