Xidmətlər

İri həcmli mətnlərin yığılması

Müasir dünyada istənilən sənədlər elektron şəkildə təqdim edilir. Bu, işgüzar məktub, referat və ya kurs işi ola bilər. Hətta nəşriyyatlar da bu gün kitabların dərc edilməsi üçün yazıçılardan əlyazılarını elektron şəkildə tələb edirlər. Biz də sizə mətnlərin düzgün şəkildə kompüterdə yığılması xidmətini təklif edirik.

Testlərin, müqavilələrin, kurs və diplom işlərinin, mühazirələrin, referatların, ərizələrin, məktub və digər mətnlərin, cədvəllərin, skan və çap edilmiş mətnlərin dəqiq, keyfiyyətli və qısa zamanda elektron formatda yığılması, e-mail vasitəsilə lazımi ünvana göndərilməsi həyata keçirilir.

Qiymət təklifi al
Sənədlərin redaktəsi
Yazılı tərcümə prosesi redaktə, korrektə və s. kimi xidmətlər ilə təqdim olunur.
Tərcüməçi nə qədər  peşəkar olsa da, tərcümənin orijinal mənasının qorunduğuna, qrammatik, orfoqrafik baxımdan düzgünlüyünə əmin olmaq məqsədilə sənədlər redaktə prosesindən keçir və ikinci dəfə yoxlanılır.
Redaktə dedikdə tərcümənin qrammatik cəhətdən düzgünlüyünün, terminologiyanın, tərcümə üslubunun yoxlanılması nəzərdə tutulur.
Korrektə isə orfoqrafik səhvlərin düzəlişi, tərcümənin tamlığının yoxlanılması və eyni zamanda tərtibat qaydasının düzgünlüyünə riayət edilməsidir.
Qiymət təklifi al
Saytların tərcüməsi

Bütün dünyada məhsul və xidmət satışları daha çox internet saytları və sosial şəbəkə platformaları vasitəsilə həyata keçirilir. Zaman keçdikcə ölkəmizdə də bu tendensiya artır. Belə olduğu halda da,  daha çox satış etmək, xarici ölkələrdə məhsulları tanıtmaq üçün saytın bir neçə dildə, xüsusən də rus və ingilis dilində olması zərurətə çevrilir.

Saytların tərcüməsi xidmətinə materialların sayt səhifələrindən yığılması və tərcüməsi daxildir.

Saytınızın xarici dillərə tərcümə edilməsi nəinki şirkətinizin qlobal bazara çıxmasına şərait yaradır, eyni zamanda axtarış sistemlərində birinci səhifədə olmağına yüksək təsir göstərir.

Qiymət təklifi al
Notarial Təsdiq / Apostil

Tərcümənin notarial qaydada təsdiqi zamanı notarius onun tərəfindən  qeydiyyata alınmış tərcüməçinin imzasının həqiqiliyini təsdiq edir. Əgər sənəd rəsmi qaydada (orijinal imza və möhür, bir sıra xarici ölkələrdə verilmiş sənədlər üçün isə həm də konsul qanuniləşdirilməsi) olarsa, bu  zaman sənədin tərcüməsini notarial qaydada təsdiq  etmək olar. Bundan başqa tərcümənin notarial qaydada təsdiqi üçün sənədin əslini və ya onun notarial qaydada təsdiq edilmiş nüsxəsini təqdim etmək zəruridir.

Notarial təsdiq ilə aşağıdakı sənədlərin tərcüməsi yerinə yetirilir:



  • Şirkət müqavilələri, təsis sənədləri, mühasibatlıq hesabatları və s.;
  • VVAQ orqanları tərəfindən verilən doğum, nikah və boşanma haqqında şəhadətnamələr;
  • Əmək kitabçaları, arayışlar, ünvan qeydiyyatından çıxma vərəqələri və s. (çox vaxt MDB ölkələri tərəfindən verilən bu cür sənədlərdə yalnız ştamplar və möhürlərin tərcüməsi tələb olunur, lakin bu cür tərcümə də notarius tərəfindən təsdiq edilməlidir);
  • Diplom, attestat və sertifikatlar;
  • Yetkinlik yaşına çatmamış şəxslərin xarici ölkələrə getməsi üçün verilən razılıq ərizəsi, etibarnamə və vəsiyyətnamələr;
  • Pasport, qeydiyyat və sürücülük vəsiqələri.
Qiymət təklifi al
Şifahi tərcümə

Müştərilərimizə həm biznes, həm də şəxsi məqsədlər üçün şifahi (ardıcıl və sinxron) tərcümə xidmətləri təqdim edirik. Sinxron tərcümədən fərqli olaraq ardıcıl tərcümə zamanı xüsusi texniki avadanlıq tələb olunmur, buna görə də istənilən şəraitdə və istənilən vəziyyətlərdə ardıcıl tərcüməçi xidmətinə müraciət etmək olar.

Nəticə etibarilə ardıcıl tərcümə sinxron tərcümədən olduqca sərfəlidir və xarici nümayəndələrin iştirak etdiyi bir sıra tədbirlərin tərcüməsi üçün ideal variant ola bilər.


Qiymət təklifi al
Yazılı tərcümə

Yazılı tərcümə xidmətləri hüquqi, texniki, tibbi, elmi, iqtisadi və s. sahələrlə yanaşı eyni zamanda şablon sənədlərin tərcüməsini də əhatə edir. İstənilən formatda sənədlərin tərcüməsini həyata keçiririk.

Tərcümə dəstəyi müasir dünyada son dərəcə vacib xidmətlərdən biridir. Ehtiyacınızdan və dəstək almaq istədiyiniz kateqoriyadan asılı olmayaraq “Avrasiya” Tərcümə Mərkəzi yazılı tərcümə xidmətləri sahəsində səriştəli tərcüməçiləri ilə daim xidmətinizdədir.  Tərcümələrin zamanında çatdırılması,  münasib qiymətlər və tərcümə edilmiş sənədin sizə təhvil verilməzdən öncə yoxlanılması kimi bir çox digər meyarlar əsas prioritetlərimizdəndir.Yazılı tərcümə xidmətləri üçün sənədlərinizi elektron poçt vasitəsilə də təqdim edə bilərsiniz.

Bizim üçün vacib olan nüans hər zaman ən yüksək səviyyəli xidmət keyfiyyəti ilə sizi sevindirməkdir.
 

Uzunmüddətli və korporativ müştərilərimiz üçün endirim təklifləri mövcuddur.
Qiymət təklifi al

Müştərilər

Zəng sifariş et

Mesajınız qəbul olundu!
Ən qısa zamanda müvafiq şöbə tərəfindən sizinlə əlaqə saxlanılacaq.

Təşəkkür edirik!
WhatsApp-a yazın