Notarial Təsdiq / Apostil

Tərcümənin notarial qaydada təsdiqi zamanı notarius onun tərəfindən  qeydiyyata alınmış tərcüməçinin imzasının həqiqiliyini təsdiq edir. Əgər sənəd rəsmi qaydada (orijinal imza və möhür, bir sıra xarici ölkələrdə verilmiş sənədlər üçün isə həm də konsul qanuniləşdirilməsi) olarsa, bu  zaman sənədin tərcüməsini notarial qaydada təsdiq  etmək olar. Bundan başqa tərcümənin notarial qaydada təsdiqi üçün sənədin əslini və ya onun notarial qaydada təsdiq edilmiş nüsxəsini təqdim etmək zəruridir.
Notarial təsdiq ilə aşağıdakı sənədlərin tərcüməsi yerinə yetirilir:

  • Şirkət müqavilələri, təsis sənədləri, mühasibatlıq hesabatları və s.;
  • VVAQ orqanları tərəfindən verilən doğum, nikah və boşanma haqqında şəhadətnamələr;
  • Əmək kitabçaları, arayışlar, ünvan qeydiyyatından çıxma vərəqələri və s. (çox vaxt MDB ölkələri tərəfindən verilən bu cür sənədlərdə yalnız ştamplar və möhürlərin tərcüməsi tələb olunur, lakin bu cür tərcümə də notarius tərəfindən təsdiq edilməlidir);
  • Diplom, attestat və sertifikatlar;
  • Yetkinlik yaşına çatmamış vətəndaşların xarici ölkələrə getməsi üçün verilən razılıq ərizəsi, etibarnamə və vəsiyyətnamələr;
  • Pasport, qeydiyyat və sürücülük vəsiqələri.

Müştərilər

Zəng sifariş et

Mesajınız qəbul olundu!
Ən qısa zamanda müvafiq şöbə tərəfindən sizinlə əlaqə saxlanılacaq.

Təşəkkür edirik!
WhatsApp-a yazın