Təcrübə - 2023

Hər il olduğu kimi, bu il də Avrasiya Tərcümə Mərkəzində bir sıra universitetlərdən tələbələrin iştirakı ilə 2023-cü il 16 fevral - 25 may tarixlərində 4 aylıq istehsalat təcrübəsi keçirildi. 
Azərbaycan Dillər Universitetindən 7 tələbə, Bakı Slavyan Universitetindən 34 tələbə , Odlar Yurdu Universitetindən 2 tələbə, Xəzər Universitetindən 6 tələbə, Azərbaycan Kooperasiya Universitetindən 5 tələbə olmaqla, ümumilikdə şirkətimizdə 54 tələbə təcrübə keçdi. 
Təcrübə müddətində tələbələrə bir sıra fərdi tapşırıqlar verilir, onlara tərcümə zamanı diqqət yetirilməli olan əsas nüanslar, lüğətlərdən düzgün istifadə qaydaları, müxtəlif mövzuda sənədlərin, şablon sənədlərin tərcüməsi, sənədlərin arxivləşdirilməsi, işin təyin olunan müddətdə təhvil verilməsi, sənədlərin redaktəsi, tərcümə işinin əsas prinsipləri izah edilirdi. Bundan əlavə, təcrübəçilərlə mütəmadi olaraq iclaslar keçirilir, tərcümə etdikləri sənədlər yoxlanılırdı. 
Həyata keçirilən 4 aylıq istehsalat təcrübəsinin yekunu olaraq, təcrübəçilərimizlə 23 may 2023-cü il tarixində son görüş keçirildi. Görüş çərçivəsində tələbələr təcrübə müddəti ərzində onlarda yaranan təəssüratlar barədə danışdı və onlara uğurlu işgüzar həyatla bağlı faydalı məsləhətlər verildi, təcrübədə fəal iştirak edən tələbələr sertifikatla təltif olundu.
Təcrübəçilərimizin bu müddət ərzində kifayət qədər təcrübə qazandığına ümid edir və bu təcrübənin onların gələcəkdə peşəkar tərcüməçi kimi yetişməsində, karyeralarında və ümumilikdə həyatda atacaqları hər addımda faydalı olacağına əminik. 
Həyatda insanların uğur əldə etməsinin səbəbi şans deyil, onların zəhmətkeş və məsuliyyətli olmaqdır. Biz də Avrasiya Tərcümə Mərkəzi adından hər bir tələbəyə gələcək karyerasında və həyatında müvəffəqiyyət diləyir, nailiyyətlərinin daimi olmasını arzulayırıq.

Müştərilər

Zəng sifariş et

Mesajınız qəbul olundu!
Ən qısa zamanda müvafiq şöbə tərəfindən sizinlə əlaqə saxlanılacaq.

Təşəkkür edirik!
WhatsApp-a yazın