İlin yekunu


Bir ili daha geridə qoyarkən yeniliklər və təcrübələrlə dolu olan şirkətimizin gördüyü işlərə nəzər salaq. 

İnkişaf, yeni başlanğıclar və əməkdaşlıqlarla dolu bir il idi.
İl ərzində yeni şirkətlərlə tərəfdaşlıq qurmaqdan və üfüqlərimizi genişləndirməkdən zövq aldıq. Bu münasibətlər səylərimizi zənginləşdirdi, uğurlarımız üçün yeni qapılar açdı.

2023-cü il 20-ci  ildönümümüzü sevinclə qeyd etdiyimiz il oldu. Mərkəzimizin 20 ili komandamızın zəhmətinin, dəstəyinin və eyni zamanda sadiq tərəfdaşlarımızın, müştərilərimizin etibarının sübutudur. Biz bu  nailiyyətlə qürur duyuruq və böyük uğur qazanacağımıza inanırıq.

2023-cü ildə şirkətimiz üçün əlamətdar hadisələrdən biri də saytımızın yenilənib istifadəyə verilməsi oldu.

Bu il kadr yetişdirmək və öyrənməyə təşviq etmək üçün mərkəzimizə daha çox təcrübəçi qəbul etdiyimiz bir dönəm oldu. Onların həvəsi, əvəzolunmaz töhfələri daha çox tərcüməçi olmaq istəyən gəncləri cəlb etməyimiz üçün mühüm rol oynadı.

Peşəkar həmkarlarımızla birgə  fikir, bilik və təcrübə paylaşaraq müxtəlif tədbirlərdə və iclaslarda fəal iştirak etdik. Bu tədbirlər bizə öyrənməyə, yeni əlaqələr qurmağa və şirkətimizin dinamik inkişafına töhfə verməyə imkan yaratdı.

Nailiyyət və təcrübə ilə dolu olan bu ili tamamlayaraq komandamıza, tərəfdaşlarımıza, müştərilərimizə “Avrasiya” tərcümə mərkəzi adından ürəkdən təşəkkür edirik. Dəstəyiniz, əməkdaşlığınız uğurumuzun təməl daşıdır.

Yeni enerji və yeni imkanlarla  2024-cü ili səbirsizliklə gözləyirik. Hər biri ayrı-ayrılıqda  şirkətimizin bir parçası olan əməkdaşlarımız və müştərilərimizə təşəkkür edirik!

Müştərilər

Zəng sifariş et

Mesajınız qəbul olundu!
Ən qısa zamanda müvafiq şöbə tərəfindən sizinlə əlaqə saxlanılacaq.

Təşəkkür edirik!
WhatsApp-a yazın