Azərbaycan dili Çin təhsil sistemində


Çin Xalq Respublikasının sədri Si Cinpin İpək yolu üzərində yerləşən ölkələrlə əlaqələrinin həm genişlənib həm də möhkəmlənməsi üçün bir sıra göstərişlər verib.Bildiyiniz kimi Azərbaycan da İpək Yolu dövlətlərindən biridir. Buna əsasən  2015-ci ildə Çinin ən prestijli təhsil ocağlarından biri olan Pekin Xarici Dillər Universitetində Azərbaycan dilinin tədris olunması üçün qərar qəbul olunmuşdur. Bu təşəbbüs nəticəsində iki dövlət arasındakı əlaqələr daha da dərinləşəcək, həmçinin Azərbaycan dili üzrə kadrların hazırlanması Çin və Azərbaycan arasındakı münasibətin genişlənməsi üçün  töhfə verəcək. İlk olaraq 2016-cı ildə  universitet daxilində Azərbaycan dili kafedrası yaradılmışdır.  2017-ci ildən etibarən isə Azərbaycan dili üçüncü dil olaraq tədris olunmağa başlamışdır. Nəhayət 2018-ci ildən etibarən təşkil olunan  imtahanlara əsasən Azərbaycan dili ixtisasına qəbul həyata keçirilməyə başlanmışdır. Tədris prossesində fənlər üç yerə ayrılır: Azərbaycan dili, Azərbaycan mədəniyyəti, Azərbaycan Tarixi.  Artıq bu ixtisası bitirən tələbələr  Azərbaycanşünas kimi fəaliyyət göstərirlər. Bu il (2023)  keçirilən qəbul imtahanı nəticəsində 13 tələbə bu ixtisasa qəbul olmuşdur.


Müştərilər

Zəng sifariş et

Mesajınız qəbul olundu!
Ən qısa zamanda müvafiq şöbə tərəfindən sizinlə əlaqə saxlanılacaq.

Təşəkkür edirik!
WhatsApp-a yazın