
Bəzi dillərdə, tərcümə edilməsi bir yana qalsın, anlaşılmasında belə çətinlik çəkdiyimiz sözlər var ki, bu cür sözlərlə zaman-zaman qarşılaşırıq. Məsələn, “Jayus” və ya “Kyoikumama” kimi. “Jayus” – “sevmədiyin və gülmək istəmədiyin bir zarafat olsa belə özünü saxlaya bilməyib həmin zarafata gülmək”dir. “Kyoikumama” isə “övladını daim yaxşı qiymətlər alması üçün təşviq edən valideyn”lərə deyilir. Eyni zamanda “Tartle” – “Bir şəxsi digəri ilə tanış etməyə hazırlaşarkən həmin şəxsin adını unutduğunuz zaman yaşanan tərəddüd”dür.