Tarixi tərcümələr



  1.  Dünyada ilk ikidilli hüquqi sənəd bizim eradan əvvəl  13-cü əsrə aiddir. İndiki Kadeş müqaviləsi kimi də tanınan sülh müqaviləsi  Misirlilərlə Hettlər arasındakı müharəbədən sonra hər iki tərəf arasında imzalanıb. İlk ikidilli hüquqi sənəd olmaqla yanaşı, o, həm də  məlum olan ilk diplomatik və bu günə qədər qorunub saxlana bilmiş ən qədim yazılı müqavilədir.
  2. Tarixçilər belə qənaətə gəliblər ki, tərcümə, hələ Mesopotamiya erasında Şumer poeması olan “Gilqameş” Asiya dillərinə tərcümə olunarkən həyata keçirilirdi və bu tarix təxminən eramızdan əvvəl II minilliyə təsadüf edir.
  3. Ən məşhur tərcümə əsərlərindən biri və hətta tərcüməçinin arxetipik simvolu 1799-cu ildə Napoleon Bonapartın Misir ekspedisiyası zamanı İsgəndəriyyədən bir qədər uzaqda yerləşən Rozetta şəhəri yaxınlığında tapılmış üç dildə (qədim yunan, demotik Misir və heroqlifik Misir) yazıya malik daş yazı abidəsi - “Rozetta daşı”dır. Qədim yunan dili dilçilərə məlum olduğundan demotik və heroqlifik Misir yazısını onunla uzlaşdırmaqla bir çox Misir yazılarının açılmasında ondan açar kimi istifadə olunmuşdur. Bu daş yazı abidəsi 1802-ci ildən etibarən Britaniya muzeyində saxlanılmaqdadır.

Müştərilər

Zəng sifariş et

Mesajınız qəbul olundu!
Ən qısa zamanda müvafiq şöbə tərəfindən sizinlə əlaqə saxlanılacaq.

Təşəkkür edirik!
WhatsApp-a yazın