Bu il hamıya, bütün dünyaya yeni reallıq gətirib. Hamımızı birləşdirən ümumi bir cəhət var, o da “karantin”. BBC xəbər agentliyi, Collins lüğətində izahı verildiyi kimi 2020-ci ilin sözünün karantin olduğunu xəbər verir. Başqa hansı sözlər 2020-ci ilə öz damğasını vurmuş və dil mütəxəssislərinin dəyişən zamanlara və dil ehtiyaclarına uyğunlaşmaq üçün edəcəyi şeylər nələrdən ibarət idi?
Karantin sözünün, 2019-cu ildən 2020-ci ilə qədər olan istifadəsi 250,000 dəfəyə qədər artmışdır - belə ki, bir çoxumuz başımıza belə bir şeyin gələ biləcəyini heç vaxt dəqiqliklə bilə bilməzdik. Nə olursa-olsun karantin bizi birləşdirdi və hal-hazırda yaşadığım Almaniya kimi bir neçə ölkələrdə yeni karantin qaydaları yenidən qüvvəyə mindiyindən hələ də öz təsirini göstərməyə davam edir.
Collins lüğətinə əsasən karantin, “dünyada COVID-19 pandemiyasının yayılmasının qarşısını almaq üçün dövlətlər tərəfindən tətbiq olunmuş qabaqlayıcı tədbir” mənasını ifadə edir.
2020-ci ildə digər hansı sözlər ən çox istifadə olunmuşdur?
- Koronavirus
- BLM (“Qara Həyat Vacibdir”)
- Yüksək ixtisaslı işçi
- Ödənişsiz məzuniyyət
- Özünütəcrid
- Sosial məsafə
- MEGXit
- TikToker